BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək - FOTO

Yeniliklər 30 Sentyabr 2021 | 19:00
OXUNUB: 1016

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") və Bakı Nəqliyyat Agentliyi arasında görüş keçirilib.

Avtosfer.az "Azərkosmos"a istinadən xəbər verir ki, ikitərəfli görüşdə “Azərkosmos” və Bakı Nəqliyyat Agentliyi arasında “Azersky”dan əldə olunan peyk təsvirlərinin istifadəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəlib.

Həmçinin, “Azərkosmos” və Bakı Nəqliyyat Agentliyi “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC arasında kommersiya müqaviləsi də imzalanıb. Müqaviləyə uyğun olaraq, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrədə Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man