Bakı-Sumqayıt qatarlarında sıxlıq olarsa, tədbirlər görüləcək

Yeniliklər 30 Sentyabr 2021 | 17:30
OXUNUB: 1121

“Azərbaycan Dəmir Yolları” QSC-nin monitorinq qrupları tərəfindən yeni tədris ilinin başlaması ilə bağlı müşahidələr aparılır”.

Bu barədə  Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib. 

Bildirilib ki, Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı artarsa, onun aradan qaldırılması istiqamətində tədbirlər görüləcək:

“Tədris ili yeni başlayıb. Hazırda monitorinq qrupları tərəfindən müşahidələr aparılır”.

Qeyd edək ki, sentyabrın 29-dan etibarən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb.

Xatırladaq ki, Bakı-Sumqayıt qatarları gün ərzində 12 dəfə hərəkət edir. Oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarlarının hərəkəti tam bərpa olunaraq, şənbə və bazar günləri də işləyəcək. ADY şənbə, bazar və digər qeyri-iş günləri üçün yeni hərəkət cədvəlini açıqlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man