Sərnişinlərin müraciəti nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat daxil olub. Dəyişikliyə əsasən marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib.
Marşrutun fəaliyyəti qeyd edilən əraziyə oktyabrın 30-dan başlayacaq.
Leyla
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man