Benzin satışına limit qoyuldu

Yeniliklər 25 Sentyabr 2021 | 09:15
OXUNUB: 1659

Böyük Britaniyada yanacaqdoldurma məntəqələri ilə işləyən “EG Group” pərakəndə satış şirkəti ölkədə görünməmiş yanacaq tələbatı səbəbiylə benzin satışına limit tətbiq edib.

Bu barədə “Times” nəşrinin iqtisadiyyat redaktoru Stiven Svinford şirkətə istinadən yazır.

Redaktor bildirib ki, 389 yanacaqdoldurma məntəqəsi olan şirkətin yeni qərarına əsasən bir sürücü yalnız 30 funt sterlinq dəyərində yanacaq ala bilər. Şirkətdən verilən məlumata görə, bu tədbir bütün müştərilərə yanacaq almaq şansı verəcək.

Qeyd edək ki, İngiltərədə bir litr Aİ-95 təxminən 1,35 (3,14 manat - Red) , Aİ-98 və dizel 1,37 (3,18 manat - Red) funt sterlinqdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man