Metroda "Könlüm keçir Qarabağdan"sərgisi açılıb

Yeniliklər 24 Sentyabr 2021 | 10:49
OXUNUB: 853

“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının keçidlərində “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb.

Sərgi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində yazdığı Zəfər salnaməsinə və tezliklə 30 ilə yaxın həsrəti bitirərək doğma el obasına qayıdacaq Qarabağ və Şərqi Zəngəzur sakinlərinə həsr olunub.

Burada geniş ictimaiyyətə açıq sərgi formatında təqdim olunan 92 nadir foto əsasən Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub.

Fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin zəngin tarixi, ən əsası, bu tarixin çoxlarına tanış olan əhəmiyyətli hissəsini təşkil edən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri canlandırır. Bu mənada sərgi doğma el-oba həsrəti ilə yaşamış həmvətənlərimizin nisgilli xatirələrini canlandıraraq onları keçmişə bir səyahətə dəvət edir.

Sərgi həmçinin Qarabağ və Şərqi Zəngəzurun canlı rəmzinə çevrilmiş mədəni-tarixi irsi də izləyicilərinin diqqətinə çatdırır.

Sərginin əhəmiyyətli hissəsində XX əsrdə Qarabağın mədəni intibahının memarı olan ulu öndər Heydər Əliyevin Şuşaya səfərləri və həyata keçirdiyi mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər də yer alır.

Hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradacaq.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin azad olunmuş torpaqlarımızla və Vətən müharibəsi ilə bağlı geniş ictimaiyyətə təqdim etdiyi sərgilər davamlı olacaq və bir-birini tamamlayacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man