Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Həmçinin, zərurət olan yerlərdə yeni piyada zolaqları salınıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man