Yeni modern tank istehsal edildi - Sınaqdan keçiriləcək

Yeniliklər 08 Sentyabr 2021 | 17:32
OXUNUB: 609

Rusiyanın əlavə optoelektron sistemli ən yeni "T-90M Proryv" tankının ilk prototipi tezliklə hərbi təlimlər zamanı sınaqdan keçiriləcək.

Avtosfer.az "TASS"a istinadən xəbər verir ki, "Ordu-2021" beynəlxalq forumu zamanı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Avtomobil və Tanklar Baş İdarəsi statik ekranlı "T-90M Proryv" əsas döyüş tankını ilk dəfə nümayiş etdirib.

Məlumata görə, tankın bu versiyasının rus qoşunlarına seriyalı təhvil verilməsi ilə bağlı qərar sınaqlardan sonra veriləcək.

Modernləşdirilmiş "T-90M" tanklarının ilk partiyası 2020-ci ilin yazında rus qoşunlarına təhvil verilib. Bildirilib ki, tank Rusiya Müdafiə Nazirliyinin "Uralvaqonzavod" zavodu ilə müqavilə əsasında hazırlanıb. Bu tankların "T-90" tanklarının daha modern versiyası olduğu diqqətə çatdırılıb. 

Qeyd edək ki, "T-90M", güclü silah kompleksi və avtomatik atəş idarəetmə sistemi ilə birlikdə tankın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıran yeni bir qüllə moduluna malikdir. Tankın 125 mm-lik silahı, 5 kilometrədək məsafədə düşmən tanklarını məhv edə bilən idarə olunan raket də daxil olmaqla, müasir tipli döyüş sursatlarını vura bilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man