Naxçıvanda Dövlət Nəqliyyat Xidməti publik hüquqi şəxs yaradılıb

Yeniliklər 03 Sentyabr 2021 | 09:40
OXUNUB: 573

“Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxs yaradılıb.

“Report” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən muxtar respublikanın Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin əsasında “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi yaradılıb. Fərmanla həmçinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiqlənib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Nəqliyyat Xidməti 2018-ci ilin 31 iyulunda avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında yaradılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man