Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Yeniliklər 01 Sentyabr 2021 | 23:50
OXUNUB: 1577

Telegram-ın yeni versiyası istifadəçilərə bəzi faydalı funksiyaları təqdim edib. Belə ki, messencerin yeni versiyasında canlı yayımların imkanları genişləndirilib, hər hansısa mesajı digər şəxsə göndərən zaman həmin mesajı ilk göndərmiş şəxsin adının silinməsi özəlliyi istifadəyə verilib və kanallardakı oxunmamış paylaşımlar arasındakı sürətli keçid imkanı reallaşdırılıb. Telegram-ın yenilənməsindən sonra istifadəçilər limitsiz sayda olan insanlara canlı yayım edə bilərlər. Beləliklə istənilən adamın milyonlarla istifadəçidən ibarət kanalında canlı yayımlar keçirtmək mümkün olacaq. Bundan əlavə olaraq istifadəçilər kanalın administratorunun icazəsi ilə canlı yayımda iştirak edə biləcəklər.

    Digər bir yenilik isə artıq qəbul edilmiş mesajın digər şəxsə göndərilməsi zamanı təqdim olunan imkanlar ilə bağlıdır. Belə ki, istifadəçi mesajı ilk göndərmiş şəxsin adını mesajdan və ya media kontentdən silə bilər. Yeni Telegram versiyasında kanallar arasındakı sürətli keçid imkanı reallaşdırılıb. Bundan sonra kanallardakı mesajlara baxmaq üçün çat siyahısına geri dönüş etmək lazım olmayacaq. Hər hansısa kanalın oxunmamış mesajına keçid etmək üçün sadəcə olaraq messencer ekranını yuxarı istiqamətdə sürüşdürmək lazım gələcək. Messencerə həmçinin yeni animasiyalı emojilər əlavə edilib.///technote

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man