"Windows 11" oktyabrın 5-də istifadəyə veriləcək

Yeniliklər 31 Avqust 2021 | 18:46
OXUNUB: 941

"Windows 11" əməliyyat sistemi oktyabrın 5-də istifadəçilər üçün əlçatan olacaq.

Bu barədə "Microsoft Corporation" məlumat yayıb.

Məlumatda deyilir ki, artıq göstərilən tarixdən etibarən "Windows 11" quraşdırılmış kompüterlər satışa çıxarılacaq.

Yenilənmiş sistemə keçidin mümkün olduğu bütün cihazların istifadəçilərinin bunu 2022-ci ilin ortalarına qədər edə biləcəkləri gözlənilir. "Microsoft" 14 oktyabr 2025-ci il tarixinə qədər "Windows 10"a dəstək verəcək.

“Windows 11”də əsas yeniliklərdən biri əməliyyat sisteminin yenilənmiş dizaynıdır. “Start” menyusu yenilənmiş sistemdə ekranın mərkəzində olacaq.

Bundan başqa, əməliyyat sistemi iki monitorun iş rejimini dəstəkləyən təkmilləşdirilmiş bir sistem, müxtəlif xidmətlərə çıxış üçün vidcetlər əldə edib. Yeni versiya özündən əvvəlki versiyalarla müqayisədə daha sürətli və daha etibarlı olacaq./report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man