Benzinin gömrük dəyəri ARTIB - SİYAHI

Yeniliklər 28 Avqust 2021 | 18:15
OXUNUB: 890

2021-ci ilin birinci yarısında Azərbaycan ümumi 80 966,54 ton benzin idxal edib.

TED.az-ın araşdırmasına görə, ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb. İdxal edilən məhsulun ümumi gömrük dəyəri isə 55 873 260 dollar təşkil edib.

Belə ki, bu dövr ərzində 75 407,71 ton həcmində, 52 213 330 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 692,4 dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 15,2 faiz çoxdur.

Həmin dövrdə ölkəyə 1 563,19 ton həcmində və 1 272 890 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun gömrük dəyəri 814,3 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 1,5 faiz azdır.

Eləcə də, bu dövrdə 4 995,64 ton həcmində 2 387 040 dollar dəyərində oktan dəyəri 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,8 dollar təşkil edib.

Əlavə edək ki, Azərbaycan 2021-ci ilin birinci yarısında benzin tədarükünü aşağıda qeyd edilən ölkələrdən həyata keçirib:

Oktan dəyəri 95-dən az olan benzin

Gürcüstan - 4 995,64 ton (2 387 040 dollar dəyərində)

“Aİ-95” markalı benzin

Rusiya - 45 873,52 ton (31 342 600 dollar dəyərində)

Türkmənistan - 353,99 ton (240 290 dollar dəyərində)

Gürcüstan - 559,32 ton (399 150 dollar dəyərində)

İran - 3 221,1 ton (2 051 530 dollar dəyərində)

Rumıniya - 25 399,78 ton (18 179 750 dollar dəyərində)

“Aİ-98” markalı benzin

Belarus - 237,45 ton (196 460 dollar dəyərində)

Rumıniya - 1 325,74 ton (1 076 430 dollar dəyərində)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man