Şirvanda Kür çayı üzərində yeni dəmir yolu körpüsü inşa edilir - FOTO

Yeniliklər 27 Avqust 2021 | 15:11
OXUNUB: 716

Şirvan şəhərində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Kür çayı üzərində (Ələt-Osmanlı hissəsi) mövcud körpünün yenidən qurulması və ona paralel yeni körpünün tikintisinə start verilib.

APA-nın məlumatına görə, işlər "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) tərəfindən aparılır. İnşa olunan yeni körpünün uzunluğu 270,58 m olacaq.

4 aşırımlı körpünün orta aşırımlarının uzunluğu 111,4 m, kənar aşırımların uzunluğu 18,7 m-dir.

Körpünün tikintisi zamanı 36 m uzunluğunda 111 ədəd svay vurulacaq. Tikintinin əvvəlindən artıq svayların 21 ədədi vurulub.

Hazırda körpünün inşası zamanı istifadə olunacaq müvəqqəti estakadanın tikintisi yekunlaşmaq üzrədir. Körpünün tikintisinə çoxsaylı texniki avadanlıqlar, kranlar, ağır tonnajlı avtomobillər və ixtisaslı işçi qüvvəsi cəlb olunub.

Tikintinin 2 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Dəmir yolu xəttinin keçəcəyi ərazilərdə və dəmir yolunun təhlükəsizlik zolağında yerləşən fərdi yaşayış evlərinin plana düşəcəyi qeyd edilir.

Foto

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man