Bakıda günəş enerjisi ilə piyada keçidinin işıqlandırılmasına başlanılıb - VİDEO

Yeniliklər 27 Avqust 2021 | 10:33
OXUNUB: 2610

Bakının Müzəffər Həsənov və Volodarski küçələrinin kəsişməsində günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılmasına başlanılıb.

Bu barədə Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, piyada keçidinin işıqlandırılmanın nəticəsində günün qaranlıq saatlarında, həmçinin pis hava şəraitində yol nişanlamalarının görünən olması təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb.

Bundan başqa, sözügedən ərazidə piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeni səki və panduslar da inşa olunub.

Mərhələli şəkildə günəş enerjisi ilə işləyən bu tip xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man