Yol tikintisi sahəsində yeni dövlət standartıtəsdiq edilib

Yeniliklər 25 Avqust 2021 | 12:00
OXUNUB: 755

Ölkədə istehsal olunan tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsi və tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə AZS EN 13282-2:2021 “Hidravlik yol yapışdırıcıları. Hissə 2: Normal bərkiyən hidravlik yol yapışdırıcıları - Tərkibi, texniki şərtləri və uyğunluq meyarları” dövlət standartı qəbul edilib.

Bu barədə Avtosfer.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Dövlət standartı tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Yeni standart avtomobil və dəmir yollarında, hava limanlarında və digər infrastruktur obyektlərində özüllər, əsaslar (bünövrələr), qoruyucu təbəqələr, normal şəraitdə bərkiyən hidravlik yol yapışdırıcılarına dair beynəlxalq tələbləri özündə əks etdirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man