BNA yenilik etdi; bu küçələrdə problem həll edildi, sürücülərin işi asanlaşdı - VİDEO

Yeniliklər 19 Avqust 2021 | 12:04
OXUNUB: 9814

Bakının Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində yol hərəkət təhlükəsizliyi artırılıb. Bu barədə Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Bildirilir ki, paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha öncədən aparılan araşdırmalar zamanı Sabunçu rayonu Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində qeyd olunan nəqliyyat problemləri aşkar edilib:

- kəsişmədə hərəkətin svetoforlar vasitəsilə tənzimlənməməsi nəticəsində axınlar arasında mübahisəli nöqtələrin mövcudluğu;

- kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması;

- piyada infrastrukturunun olmaması.

Həyata keçirilmiş dəyişikliklər nəticəsində Yavər Əliyev və Səməd bəy Mehmandarov küşələrinin kəsişməsində svetofor obyektləri quraşdırılıb, eyni zamanda Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki svetofor obyektləri ləğv edilib.

Qeyd edilib ki, Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilib və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb, tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb, təşkil edilmiş nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların, xüsusilə yaxınlıqdakı avtobus dayanacaq məntəqələrindən və Bakıxanov Dəmir Yol Stansiyasından istifadə edən piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.

Xatırladaq ki, svetoforun fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəxəssisər tərəfindən işlər aparılır və svetofor hazırda test rejimində fəaliyyət göstərir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man