Facebook Messenger-də yeni funksiya əlavə edilib

Yeniliklər 16 Avqust 2021 | 21:28
OXUNUB: 916

Facebook Messenger-in səsli və videozənglərinə end-to-end şifrələnmə funksiyasını inteqrasiya etdiyini elan edib. Lakin istifadəçilər bu funksiyanı fərdi şəkildə aktivləşdirməli olacaqlar. Qeyd etmək laızmdır ki, Messenger-in mətnli mesajları end-to-end şifrələnmə özəlliyini hələ  2016-cı ildə əldə etmişdilər. İndi isə bu funksiya zənglər üçün də şamil olunub. Facebook bildirib ki, o bu funksiyanı zənglərə olan marağın artması fonunda daxil edir. Məlumata əsasən sosial şəbəkə gün ərzində Messenger-də 150 milyon videozəng qeydə alır. Whatsapp-da artıq end-to-end şifrələnməyə sahib zəngləri reallaşdırmaq mümkündür.

Bu halda zəngi reallaşdıran ilə zəngi qəbul edəndən başqa heç kim şifrələnmiş məlumatları əldə edə bilmir. Bununla yanaşı Facebook yazılı mətnlərin sahib olduqları bir funksiyada dəyişiklik edib. Məlumdur ki, Messenger-də avtomatik olaraq silinən mesajlar özəlliyi mövcuddur. İstifadəçi mesajın silinmə müddətini təyin edə bilir və əvvəllər seçimlərdə 1, 15 dəqiqə və 1, 4 və 24 saat mövcud idi. İndi isə istifadəçi 5 saniyə zaman intervalını təyin edə bilər. Qeyd etmək lazımdır ki, Instagram istifadəçiləri də end-to-end şifrələnmə özəlliyini tətbiqdə əldə edəcəklər.///technote

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man