Toğanalı-Kəlbəcər yolundan bütün il boyu istifadə etmək mümkün olacaq

Yeniliklər 06 Avqust 2021 | 12:04
OXUNUB: 734

Bu il yanvarın 7-də Alban-Udi xiristian dini icmasının milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də, məhz bu yolla - Toğanalı- Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.

Avtosfer.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.

Onun sözlərinə görə, sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23.4 km təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur: “Bu imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin”.

O həmçinin qeyd edib ki, digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man