Kəlbəcər yolunun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb

Yeniliklər 05 Avqust 2021 | 12:54
OXUNUB: 1884

"Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, ordan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür". Bunu Avtosfer.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib. "Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub", - deyə o, qeyd edib.

Xatırladaq ki, sözügedən avtomobil yolunun 4,5 km-lik hissəsi isə Toğana kəndinin içərisindən keçir. Murovdağ silsiləsindən keçən yolun uzunluğu Toğanalıdan Kəlbəcərə qədər 74 km, Kəlbəcərdən İstisuya qədər 28 km, İstisudan Laçına qədər isə 87 km təşkil edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man