Azərbaycandan xaricə səfər edən sərnişinlərin işləri asanlaşacaq.
Avqust ayından etibarən bəzi istiqamətlərdə uçmaq istəyən sərnişinlərin virus infeksiyasına dair şəxsi məlumatlarını kağız daşıyıcıda aparmalarına ehtiyac qalmayacaq. Artıq AZAL və Buta Hava Yolları "IATA Travel Pass" tətbiqinə qoşulublar. sərnişinlər bu tətbiqi mobil telefonlarına yükləməklə şəxsi məlumatlarını onlayn qaydada uçuş zamanı təqdim etmə imkanına malik olacaqlar.
Azərbaycandan xaricə təyyarə ilə gedəcək sərnişinləri yeniliklər gözləyir. AZAL və Buta Hava Yolları sərnişinləri özündə koronavirus infeksiyasına dair şəxsi məlumatları əks etdirən "IATA Travel Pass" mobil tətbiqi vasitəsi ilə uçuşa buraxacaqlar. AZAL-ın nüməyəndəsi Nərmin Xəlilovanın sözlərinə görə, yeni mobil tətbiq koronavirusla bağlı sərnişinlərdən tələb olunan vacib informasiyaları özündə əks etdirəcək
AZAL-dan bildirilib ki, bu tətbiqi ilk olaraq uçuşların ən çox olduğu istiqamətlərə gedən reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər.
Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man