Pilotsuz elektromobil nümayiş etdirilib - FOTO

Yeniliklər 16 İyul 2021 | 00:01
OXUNUB: 1502

Automobili Pininfarina şirkəti Teorema konseptini təqdim edib. Yeni konsept italiyalıların “gələcəyin hərəkətliliyinə” baxışını özündə təcəssüm etdirir və VR texnologiyasından istifadə edilərək yaradılıb.

Hələlik konseptin yaradıcıları yalnız onun hamar aerodinamik kuzovunun və heç bir idarəetmə orqanı olmayan qeyri-adi salonunun təsvirləri olan renderləri dərc ediblər. İtalyanlar elektromobilin sükana və pedallara ehtiyacı olmadığını bildirilər, çünki Teorema tamamilə avtonomdur.

Pininfarina mütəxəssisləri konseptin aerodinamkasına xüsusi diqqət yetiriblər. Modelin forması aerodinamik tuneldə sınaqdan çıxarılmış və təshih edilmişdir. Nəticədə Teorema uzun, lakin alçaq alınıb: elektromobilin uzunluğu 5,4 metrə çatır ki, bu da Mercedes-Maybach S-Class modeli ilə müqayisə edilə bilər. Konseptn hündürlüyü isə cəmi 1,4 metrdir.

Pininfarina Teorema alman polad komponentlər istehsalçısı Benteler şirkətinn xüsusi olaraq elektromobillər üçün hazırladığı platformaya əsaslanır.

Konseptin interyeri orijinallıqda eksteryerindən heç də geri qalmır: burada 1 + 2 + 2 formuluna əsasən yerləşdirilmiş və salon boyu hərəkət etdirilə bilən beş oturacaq var. Onlar mebel istehsalçısı Poltrona Frau şirkəti ilə birlikdə yaradılıblar.

Oturacaqlar yalnız məkandakı mövqelərini deyil, həm də formalarını dəyişdirə bilərlər: adi rejimdə oturacaqlar alın şüşəsinə tərəf çevrilirlər, dincəlmə rejimində isə, onları skamyalara və ya hər biri iki kreslodan yaranan tam ölçülü yataqlara çevrmək olar.

Futuristik elektromobil seriyaya getməyəcək, çünki o yalnız gələcəyin nəqliyyatına dair bir xəyalı təsvr edir./autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man