Yaponiyada uçan avtomobillər kütləvi daşımalarda tətbiq olunacaq

Yeniliklər 12 İyul 2021 | 11:55
OXUNUB: 748

Yaponiyanın ən böyük aviadaşıyıcısı olan “Japan Airines” (JAL) 2025-ci maliyyə ilində uçan avtomobillər işlətməyə başlamağı nəzərdə tutur.

Avtosfer.az “Nikkei”yə istinadən xəbər verir ki, şirkət hava limanları ilə turizm bölgələri arasında taksi sərnişindaşıma xidmətini tətbiq etmək niyyətindədir. Bunun üçün 2020-ci ilin sərmayəsi olan Almaniyanın “Volocopter” startapı çərçivəsində istehsal olunan, 110 km/saatadək sürətlə 35 km-dək məsafə qət edə bilən “eVTOL” adlı iki yerlik dron tipli, yaxud elektrik uçan vasitələrdən istifadə etmək nəzərdə tutulur.

İlk mərhələdə sınaq olaraq 20 km-dək, daha sonra isə 50-150 km şəhərlərarası uçuşlar təşkil ediləcək.

Bununla yanaşı, JAL başqa nəqliyyat şirkətləri üçün sözügedən sahədə təlim və təhlükəsizlik xidməti də göstərmək niyyətindədir.

Qeyd edək ki, Yaponiyanın ikinci ən böyük aviadaşıyıcısı olan “All Nippon Airways” də eyni müddət ərzində hava taksisi xidmətlərini tətbiq etməyə hazırlaşır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man