Xəbər verdiyimiz kimi Bakı Nəqliyat Agentliyi paytaxtın Heydər Əliyev prospektində baş verən ağır qəzaların qarşısını almaq məqsədilə hərəkətin təşkilinə dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, Bağırov körpüsünün yanından başlayan qoşa xətt beton ayırıcı zolaqla əvəzlənir.
Qeyd edək ki, əvvəllər orada ayırıcı zolaq olmadığı üçün yüksək sürətlə əks istiqamətli hərəkət zolağına çıxan sürücülər ölümlə nəticələnən ağır qəzalara səbəb olublar.
Bakı Nəqliyyat Agentliyinin etdiyi dəyişiklik sürücülərin təhlükəsiz hərəkət etməsinə şərait yaratdığı üçün təqdirəlayiq hesab olunur. Lakin intizamsız sürücülərə görə şəhərimiz beton cəngəlliyə çevirilir. Piyadaların yolu keçiddən keçməsi üçün səkilərin kənarına dəmir məhəccərlər, sürücülərin əks yola keçməməsi üçün isə beton sədlər quraşdırılır. Bütün bunlar sürücü və piyadaların təfəkkürsüzlüyü nəticəsində baş verir.
Bakı Nəqliyyat Agentliyi qəzaların qarşsını almaq üçün beton və dəmir sədləri çəkməyə məcbur olur. Yol hərəkətinin təhlükəsizliyi yüksək olan ölkələrdə bu cür sədlərin quraşdırılması məqbul hesab edilmir. Beton cəngəllikdən qurtulmaq üçün yolda hərəkət edən hər bir hərəkət iştirakçısı intizamlı olmalı, qaydalara ciddi şəkildə riayət etməlidir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man