Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yeniliklər 27 İyun 2021 | 20:15
OXUNUB: 954

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kompüterdə həm də digər cihazlarda istifadə edə biləcəklər. Lakin məlum olub ki, məşhur messencerin bu yeni funksiyası məhdud şəkildə çalışacaq. WabetaInfo saytının insayderləri Whatsapp-ın test versiyasını incələyərək bu xəbəri veriblər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-dakı istifadəçi hesabını 4 müxtəlif cihazda işə salmaq mümkün olacaq. Lakin məlum olub ki, 4 cihazdan yalnız 1-i smartfon ola bilər.

Bununla da istifadəçi öz hesabının digər cihazlar üçün dublikatını yarada bilməyəcək. Bunun əvəzinə istifadəçi kompüter (Whatsapp Web və Whatsapp Desktop) və Facebook-un Portal cihazları üçün olan müstəqil Whatsapp tətbiqlərindən istifadə etməli olacaq. Aşağıda təqdim olunmuş screenshot fotodakı məlumata əsasən messencerin çalışma keyfiyyəti istifadə olunan platformadan asılı olaraq fərqlənəcək. Müxtəlif cihazlarda bir istifadəçi hesabı ilə çalışma imkanına sahib Whatsapp versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur./milli.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man