Tesla şirkəti dünyanın 5-ci ən güclü superkompüterini yaradıb

Yeniliklər 23 İyun 2021 | 21:45
OXUNUB: 1659

Tesla şirkəti öz superkompüterini yaradıb. Şirkətin sözlərinə əsasən onun superkompüteri dünyanın 5-ci ən güclü superkompüteridir. Yaradılmış superkompüterin əsas məqsədi isə avtopilot sisteminin təkmilləşdirilməsi üçün neyron şəbəkələrinin təlimatlandırmaqdır. Bu superkompüter Tesla Dojo adlı layihənin bir hissəsinə çevrilib. Sözügedən layihənin bu ilin sonuna kimi yekunlaşdırılması gözlənilir. Tesla artıq son bir neçə ildir ki, Dojo layihəsi üzərində çalışır. Bu layihə çərçivəsində şirkət daha zəif texniki özəlliklərə sahib 2 ədəd superkompüter modeli yaradıb.

Yaradılmış yeni superkompüterin hesablama klasterinin tərkibinə 720 düyün daxildir və hər bir düyün 8 ədəd qrafik proessordan ibarətdir. Bu isə ümumilikdə 5760 ədəd qrafik prosessor edir. Superkompüterin hesablama gücü 1.8 ekzaflops təşkil edir. Onun NVMe yaddaşlarının ümumi həcmi isə 10 PB (petabayt) təşkil edir. Sözügedən NVMe yaddaşların pik oxuma sürətləri saniyədə 1.6 TB-dır (terabayt). Bundan əlavə olaraq məlum olub ki, Elon Musk Tesla superkompüterindən digər şirkətlərin istifadəsini də mümkün etməyi planlaşdırır. Bu halda həmin şirkətlər Tesla superkompüteri vasitəsilə özlərinin neyron şəbəkələrini təlimatlandıra biləcəklər./technote

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man