Dağlıq və dağətəyi ərazilərdə taxıl biçininə 20 ədəd dağ kombaynı cəlb edildi - FOTO

Yeniliklər 21 İyun 2021 | 17:23
OXUNUB: 881

Azərbaycanın aran rayonlarında arpa biçini yekunlaşmaq üzrədir. Hazırda relyefi çətin, dağətəyi ərazilərdə arpa biçini, eyni zamanda Aran rayonlarında buğda biçini davam edir. Avtosfer.az xəbər verir ki, bu il dağlıq və dağətəyi ərazilərdə taxıl biçini prosesinə 20 ədəd dağ kombaynı cəlb edilib. Yardımlı, Lerik rayonlarında çətin relyefli sahələrin biçini bu kombaynlar vasitəsilə aparılır.

“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov deyib ki, yeni nəsil “New Holland TC 5.90 HİLLSIDE” dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda,  dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. “Aqroservis”in rəhbəri əlavə edib ki, tam kompüterləşdirilmiş dağ kombaynları əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb  olunmasına şərait yaradacaq. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarının daha da inkişaf etdirməyə imkan verəcək.

Bu kombaynlar yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır. Dağ kombaynlarının 6 tonluq bunkeri, 5 klavişli küləş doğrayıcısının olması məhsulun tam şəkildə, itkisiz yığılmasına şərait yaradır.

Qeyd edək ki, bu il ölkədə 987519 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 612003,5 hektarını buğda, 375515,3 hektarını isə arpa sahələri təşkil edir. Ölkə üzrə biçinə ümumilikdə 1900-dən çox taxılbiçən kombayn cəlb olunub. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1280-dən çoxu isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.

Taxıl biçini prosesi davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man