Elektrikli avtomobillərin ən böyük problemi uzun məsafələrdir. Bir çox sürücü məhz batareyanın kifayət etməməsi səbəbindən hələ də elektrikli avtomobillərə üstünlük vermir.
Avtosfer.az bildirir ki, Cornell Universitetinin nümayəndələri bu problemi aradan qaldıra biləcək bir layihə hazırlayır.
Bu layihəyə görə asfaltın altına qoyulacaq maqnit sahələri sayəsində elektrikli avtomobilləri sürdüyünüz müddətcə avtomobilinizi şarj edilə biləcək.
Bu layihə 80-ci illərdə Kaliforniyada sınaqdan keçirilsə də texnologiya çox bahalı olduğu üçün təxirə salınmışdı. Ancaq türkiyəli layihə rəhbəri Afridi komandasının inkişaf etdirdiyi sistem sayəsində yerdən 18 santimetr yüksəklikdəki avtomobillərə enerji təmin edə biləcəyini və bunun daha ucuz başa gələcəyini iddea edir. Aralıqlarla asfalt altında basdırılacaq bu texnologiya vasitənizin daima şarj olmasını təmin edə bilər.
Vurğulayaq ki, bu hələ təsdiq edilməmiş bir layihədir.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man