Avtosfer.az xəbər verir ki, bu barədə “SE Aeronautics”dən bildirilib.
Qeyd edilib ki, 3 cüt qanada malik SE200 təyyarəsi havaya ənənəvi təyyarələrə nisbətən 80% az karbon qazı buraxacaq. Hələ ki, ancaq kompüter qrafikası şəklində olan təyyarənin 264 sərnişin daşıyacağı, səs sürətinə yaxın 0,9 max (1100 km/saat) sürətə və 17 min kilometr uçuş radiusuna malik olacağı deyilir.
O, bütün parametrlərinə görə hazırkı analoqlarını üstələyir. Əsas fərqlərindən biri isə yanacağı 70% az işlədəcəyidir. Üç cüt qanaddan əlavə, təyyarənin quyruq konstruksiyası da fərqli olacaq. O, qısa uçuş-eniş zolaqlarına da eniş-qalxa biləcək.
Quruluşunda kompozit materiallardan istifadə olunması SE200-ün tikilmə vaxtını iki dəfə azaldacaq.
Təyyarənin ilk nümunəsinin nə vaxta hazır olacağı haqda startap heç bir məlumat verməyib. / "Virtual"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man