Huawei şirkəti özünün HarmonyOS adlı fərdi əməliyyat sistemini sürətlə inkişaf etdirir. Artıq bu il şirkət özünün milyonlarla cihazını bu əməliyyat sisteminə keçirtməyi planlaşdırır. Bununla yanaşı Huawei ümid edir ki, Çindən olan digər şirkətlər də HarmonyOS-ə keçiddə maraqlı olacaqlar. Keçən həftə Huawei bildirmişdi ki, Çindən olan minimum 3 şirkət öz məhsullarını sözügedən əməliyyat sisteminə keçirtməyə maraq göstərir. Həmin vaxtda söhbətin hansı şirkətlərdən getdiyi məlum deyil idi. Lakin indi onlardan birinin adı məlumdur.
Söhbət, Meizu şirkətindən gedir. Belə ki, Meizu şirkətinin təqdim etmiş olduğu reklam bannerinə əsasən şirkət 31 may tarixində smart saat modellərini təqdim edəcək və onların əsas üstünlüklərindən biri HongMeng OS olmalıdır. Qeyd etmək lazımdır ki, Çində HarmonyOS-in adı məhz HongMengOS kimi istifadə olunur. Heç istisna deyil ki, şirkət təqdimat çərçivəsində sadəcə olaraq gələcəkdə HarmonyOS əməliyyat sisteminə sahib smart saatları istehsal etmək istəyini elan etsin./technote
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man