Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanıldı - FOTO

Yeniliklər 26 May 2021 | 16:22
OXUNUB: 764

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bərdə - Ağdam avtomobil yolunun tikintisinə başlayıb. Avtosfer.az bu barədə quruma istinadən xəbər verir. Məlumatda deyilir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur.

Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44.5 kilometr təşkil edəcək.

Dövlətimizin başçısının tapşırığına əsasən Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq Bərdə-Ağdam avtomobil yolunun 14-21 və 35-41-ci km-lik arasında olan hissələrində tikinti işlərinə start verilib.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Agentliyə məxsus “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət olan “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Hazırda avtomobil yolunun yuxarıda qeyd edilən hissələrində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun ərazilərdən asılı olaraq 18.5, 21.5 və 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Avtomobil yolunun 14.km hissəsi Bərdə şəhəri və bir neçə yaşayış məntəqəsinin daxilindən keçir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası planlaşdırılır. Körpülərin biri 1 aşırımlı olmaqla uzunluğu 18,2 metr, biri 3 aşırımlı olmaqla uzunluğu 91.3 metr təşkil edəcək. Həmçinin uzunluğu 32,2 metr olan yol ötürücünün inşası da nəzərdə tutulub ki, artıq sözügedən yolun 25 və 40-cı km-lik hissəsində yerləşən 18,2 metr uzunluğa malik 1 aşırımlı körpünün və 32,2 metrlik yol ötürücünün inşasına start verilib.

Qeyd olunan ərazilərdə körpü və yo ötürücüsü üçün svay qazılma işləri və dayaqların inşası həyata keçirilir. Digər uzunluğu 32,2 m olan 3 aşırımlı körpünün inşası isə hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır.

Bundan başqa 1-ci texniki dərəcəli avtomobil yolu boyunda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə 8 nöqtədə geri dönmə hissələr təşkil ediləcək, 24 yerdə avtobus dayanacaqları inşa ediləcək.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Tikinti işləri tərtib edilmiş qrafikə uyğun olaraq “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən həyata keçirilir. Mütamadi olaraq agentlik rəhbərliyi Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı tikinti işləri ilə yerindəcə tanış olur, tikinti işləri ilə bağlı tapşırıq və tövsiyələrini verir.

Bərdə - Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man