“Xiaomi”nin törəmə brendi olan “Poco” şirkəti “Poco M3” smartfonunun yenilənmiş versiyasını təqdim edib. Bu haqda “GSMArena” nəşri yazıb.
Telefon ilkin versiya ilə müqayisədə xeyli təkmilləşdirilib: “FHD ” təsvir ölçülü ekran kamera və 90 hers yeniləmə tezliyinə malikdir. “MTK” şirkətinin 7 nm-lik “Dimensity 700” prosessoru 5G dəstəyini təmin edir. Model yaddaş kartı, audiocek, infraqırmızı port və bir sıra ölkələr üçün NFC texnologiyası ilə təchiz edilib.
Kamera blokunda dəyişiklik edilməyib – bu, 48 mp-lik əsas və hər birinin təsvir ölçüsü 2 mp olan iki sensordur. “Poco M3 Pro” aparatında akkumulyatorun həcmi 5000 milliamper/saatadək azaldılıb. Cihaz 18 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
Avropada smartfonun 4/64 QB-lıq versiyasının satış qiyməti 180 avro təşkil edəcək./“ICTnews”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man