Gürcüstanda Azərbaycan sərhədinədək yol bərpa olunur

Yeniliklər 19 May 2021 | 13:42
OXUNUB: 542

Gürcüstanda Saqareco-Udabno-David Qareci avtomobil yolunun 15 kilometrlik hissəsində layihələndirmə və bərpa işləri aparılır.

Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Azərbaycan sərhədinə qədər yol Kaxeti bölgəsinin Saqareco bələdiyyəsi ərazisində yerləşir.

Yolun yenidən qurulması həm yerli sakinlərin rahatlığı, həm də turizm baxımından vacib əhəmiyyət kəsb edir. Layihə çərçivəsində dağılmış yol hissəsi tam bərpa olunacaq, asfalt-beton örtüyü döşənəcək və yol nişanları quraşdırılacaq.

Dövlət büdcəsindən 6,4 milyon lari vəsaitin ayrıldığı layihə üzrə işlər bu ilin yayında başa çatdırılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man