Bakıda velosiped yolunun uzunluğu 250 kilometrə çatdırılacaq - AÇIQLAMA

Yeniliklər 17 May 2021 | 12:14
OXUNUB: 639

“Bakı şəhərində velosiped zolaqlarının inkişafı konsepsiyası həm Bakının Baş Planında, eyni zamanda da BNA-nın strateji inkişaf planında öz əksini tapıb”.

Avtosfer.az-ın məlumatına görə, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinə dair tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, velosiped sahələri artıq bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir: “Velosipeddən istifadə bütün dünyada getdikcə daha da genişlənir. Bakı şəhərində də velosiped nəqliyyatının inkişaf etdirilməsi, insanların bu nəqliyyat növündən istifadəsinin təşviq edilməsi məqsəd qoyulub. Ümumi strateji plana görə, velosiped yollarının uzunluğu şəhərin bulvar ərazisində 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-ə qədər təşkil edəcək”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man