Qeyri-iş günləri ərzində Bakının bu küçələri təmir olunub

Yeniliklər 16 May 2021 | 18:17
OXUNUB: 982

Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a məlumat verilib. Məlumatda bildirilir ki,
9 May - faşizm üzərində Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri aparılıb.
Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə təmir işləri planlaşdırıldığı kimi, 9-15 may tarixləri arasında qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılaraq yekunlaşdırılıb.  
Belə ki, cari və orta təmir işləri paytaxtın Heydər Əliyev, Ziya Bünyadov, Parlament və Mətbuat prospektlərində,  Mikayıl Müşfiq, Rəşid Behbudov, Alı Mustafayev və İlqar Musayev küçələrində, həmçinin Şəhər şossesində, Mehdiabad-Digah-Məhəmmədi, Binəqədi-Novxanı və Bibiheybət yollarında aparılıb. Təmir işlərinin aparıldığı ərazilərin sahəsi ümumi olaraq 42 min kv.m-ə yaxındır.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man