“Telegram”da videokonfranslar funksiyası istifadəyə veriləcək

Yeniliklər 29 Aprel 2021 | 22:41
OXUNUB: 909

“VKontakte” və “Telegram” şirkətlərinin təsisçisi Pavel Durov “Telegram” messencerində gözlənilən yeni vacib yenilik barədə açıqlama verib. Belə ki, artıq mayda “Telegram” messencerində videokonfranslar sistemi tətbiq ediləcək.

Məlumata görə, hazırda “Telegram”da səsli ünsiyyət vasitələri dəstəyi mövcuddur. Onlarda iştirakçı sayına görə məhdudiyyət yoxdur – istənilən danışığı dünyada milyonlarla istifadəçi izləyə bilər.
Şirkət təsisçisi bildirib ki, videozənglərə gəldikdə, mayda səsli çatlara videoölçmə əlavə edilməklə “Telegram” qrup şəklində videozənglər üçün güclü platformaya çevriləcək.

“Telegram”da videokonfranslar üçün şifrləmə və səsin azaldılması kimi funksiyalar nəzərdə tutulub. Yeni alətdən smartfonlarla yanaşı, digər qurğularda – planşet və fərdi kompüterlərdə istifadə mümkün olacaq. P.Durovun sözlərinə görə, istifadəçilər sürətli iş və təhlükəsizliklə təmin ediləcək.

Əlavə edək ki, yanvarın əvvəlində aylıq aktiv “Telegram” istifadəçilərinin sayı 500 milyonu ötüb.|“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man