BNA:Bu il və gələn il paytaxta 320 yeni avtobus gətiriləcək

Yeniliklər 28 Aprel 2021 | 11:31
OXUNUB: 1667

"2015-ci ildən bəri paytaxtda sərnişindaşıma ilə məşğul olan 968 avtobus yenilənib".

Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, təkcə 2020-ci ildə 119 yeni avtobus alınıb.

"Yenilənmiş avtobusların 724-nü ölkədə Agentlik keçirdiyi tenderlərlə, 244-nü isə özəl daşıyıcılar gətirib. Bu il və gələn il paytaxta daha 320 avtobus gətiriləcək və sərnişindaşımaya cəlb olunacaq. Hazırda Bakıda gündəlik 630 min sərnişin daşınır", - o deyib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man