Paytaxtda yeni liftlərin quraşdırılması davam edir - FOTO

Yeniliklər 27 Aprel 2021 | 13:55
OXUNUB: 620

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı Sərəncamının icrası ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən  bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanaraq alman istehsalı olan 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb.  
Avtosfer.az xəbər verir ki, ötən ilki işlərin davamı olaraq bu ildə də Bakı şəhərində yeni liftlərin quraşdırılması işləri davam etdirilir. Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Wittur Holding GMBH şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq Bakı şəhərinə gətirilib. Bu liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıcaqdır.
Əlavə olaraq liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb.

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov KİV nümayəndələrinə yeni liftlərin texniki göstəriciləri barədə məlumat verilib.
Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər  320 kq və 0,71 metr/saniyə idi.
Yeni quraşdırılan liftlərin hər biri müvafiq sınaqlardan keçdikdən sonra vətəndaşların istismarına veriləcək.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man