“WhatsApp”da mesajlar üçün vacib FUNKSİYA

Yeniliklər 27 Aprel 2021 | 00:32
OXUNUB: 841

Populyar “WhatsApp” messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminə dəyişlik etməyi planlaşdırırlar. Bu haqda “WABetaInfo” saytı məlumat verib.

Mesajların göndərilməsindən 24 saat sonra onların avtomatik silinməsi imkanı istifadəçilərə təklif ediləcək. Bu funksiya həm şəxsi, həm də qrup çatlarında əlçatan olacaq.
İndi “WhatsApp” messencerinin tənzimləməsində mesajların yalnız 7 gündən sonra avtomatik silinməsi imkanını seçmək mümkündür. Bu halda mesajlar həm göndərən, həm də onu alan tərəfdə silinir.

Yeni funksiya hələ ki beta test mərhələsindədir.///“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man