“Instagram”da yeni funksiya əlçatan olacaq

Yeniliklər 22 Aprel 2021 | 22:14
OXUNUB: 966

“Instagram”da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksiya əlçatan olacaq. Yeni funksiya istəkdən asılı olaraq aktivləşdirilə bilər.

 

Şirkətin nümayəndəsi izah edib ki, yeni funksiyanın alqoritmi istifadəçilərə təhqiramiz sözlər və ifadələrdən ibarət mesaj sorğularını avtomatik gizlətməyə imkan verir. "Bu alət şəxsi mesajlara sorğular üçün nəzərdə tutulub, çünki məhz bu bölmədə istifadəçilər adətən təhqiramiz mesajlar alırlar" – “Instagram”ın nümayəndələri qeyd ediblər.

 

Məlumata görə, filtrasiya istifadəçi postlarının altında yazılan şərhlərin filtrinə uyğun şəkildə işləyəcək. Məhdudiyyətlər məxfilik sazlamalarındakı yeni xüsusi bölmə vasitəsilə həm aktiv, həm də deaktiv edilə biləcək. Şirkət bu funksiyanın artıq bir neçə ölkədə tətbiqinə başlanıldığını bildirib və yaxın aylarda sözügedən funskiya digər ölkələr üçün də əlçatan olacaq./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man