Eyni anda üç qurğu ilə işləyən klaviatura hazırlanıb

Yeniliklər 20 Aprel 2021 | 00:43
OXUNUB: 604

"Samsung" şirkəti eyni anda bir neçə cihaza qoşula bilən simsiz klaviatura təqdim etməyə hazırlaşır. "Smart Keyboard Trio 500" adlı yeni klaviatura artıq istehsalçının rəsmi saytında yerləşdirilib.

"Samsung Smart Keyboard Trio 500" klaviaturası eyni anda üç qurğuya qoşula bilir, cihazlar arasında keçid xüsusi klaviş kombinasiyaları ilə həyata keçirilir. Aksesuarın ölçüləri 280,4 x 127,4 x 15,4 mm, çəkisi isə 412,3 qramdır.

"Smart Keyboard Trio 500" müxtəlif qurğulara qoşulmaq üçün "Bluetooth 5" modulu ilə təchiz edilib. Yeni klaviaturada 78 klaviş mövcuddur, onlardan üçü "DeX" düyməsi ilə birlikdə işləyir, amma bu rejim yalnız "One UI 3.1" interfeysinin idarəsi altında işləyən "Samsung Galaxy" smartfonları və planşetləri tərəfindən dəstəklənir./"ICTnews"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man