QMİ-nin internet televiziyası fəaliyyətə başlayıb

Yeniliklər 14 Aprel 2021 | 18:34
OXUNUB: 533

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni layihəsi olan "114 TV" internet televiziyası Ramazan ayının 1-dən (aprelin 14-dən) etibarən fəaliyyətə başlayıb.

Bu barədə Avtosfer.az-a QMİ-dən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə internet televiziyaya xeyir-dua verib.

QMİ sədri deyib ki, kanalın adının 114 olması Allah-təalanın Ramazan ayında nazil etdiyi Qurani-şərifin surələrinin sayı ilə bağlıdır:

“İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazilərimiz, imamlarımız və dindarlarımız yaxından iştirak edəcək və insanlara, dindarlara dini tam və düzgün şəkildə çatdırmağa köməklik göstərəcəklər. Burada işləyənlərin və zəhmət çəkənlərin hamısına öz təşəkkürümü bildirirəm. Eyni zamanda televiziyada çıxış edənlərə, iştirakçılara və moizə edənlərə də öz minnətdarlığımı bildirirəm”.

Internet televiziyanın materialları "facebook"  "youtube"da yayımlanacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man