Latviya Riqa-Bakı marşrutu ilə birbaşa reyslərin bərpasına ümid edir

Yeniliklər 09 Aprel 2021 | 18:49
OXUNUB: 541

Latviya "AirBaltic" aviaşirkətinin Riqa-Bakı marşrutu ilə birbaşa reyslərin bərpasına ümid edir.

Bunu Latviya səfirinin Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.

O qeyd edib ki, 2020-ci ildə Azərbaycanla Latviya arasında xidmətlər üzrə ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə azalaraq 6 milyon avroya bərabər olub:

"Azalma əsasən COVID-19 pandemiyasına görə səyahətlərin azalması ilə əlaqədardır. Belə ki, xidmətlərin böyük əksəriyyəti nəqliyyat və turizm sferalarında təqdim olunur. Hazırda Avropa İttifaqının xarici sərhədləri, eləcə də Azərbaycanın sərhədləri müntəzəm sərnişin daşımaları üçün bağlıdır. Bu da xidmət sahəsində əməkdaşlığı məhdudlaşdırır."

Müşavir əlavə edib ki, epidemiloji şərtlər imkan verən kimi, Latviya "AirBaltic" aviaşirkətinin Riqa-Bakı marşrutu ilə reyslərini bərpa etmək niyyətindədir. (Trend)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man