Təyyarələr üçün alovadavamlı yeni materiallar hazırlanır

Yeniliklər 08 Aprel 2021 | 23:54
OXUNUB: 673

Rus alimləri aviasiya sənayesi üçün alovadavamlı misilsiz polimer hazlırlayıb. Bu maddə təyyarə salonunun yanmaz elementlərinin istehsalında istifadə olunan kompozit materialların əsasını təşkil edir. Tədqiqatçılar yeniliyin bu sahədə idxal əvəzetməsini təmin edəcəyini qeyd edir. Sintez olunmuş maddə analoqlardan daha sürətli və daha ucuz istehsal olunur və alova davamlılıq qabiliyyəti ilə onlardan daha üstündür.

Kompozit materialların istehsalının 2021-ci il ərzində inkişaf etdirilməsi və tətbiq edilməsi nəzərdə tutulub. Bu material bərkidikdə aviasiya kompozit materialları üçün yanğına davamlı polimer əsasına çevrilir. Kompozitlər istehsal edildikdən sonra hazır məhsullarda sınaqdan keçiriləcək. Yanğına davamlı polimerlər ilk növbədə Rusiyanin "MS-21" təyyarəsinin xüsusi döşəməsi panelləri daxil olmaqla, təyyarə salonunun müxtəlif elementlərinin hazlrlanmasında istifadə ediləcək. Alimlər yeni maddələrin nəqliyyat tikintisində və elektron avadanlıq istehsalında da tətbiqini tapacağndan əmindirlər. (deyerler.org)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man