Füzulidə inşa olunacaq hava limanı ərazisi yoxlanılaraq təhvil verilib

Yeniliklər 07 Aprel 2021 | 16:47
OXUNUB: 1895

"Ölkə rəhbərinin göstərişi əsasında işğaldan azad olunmuş rayonlarımızda infrastrukturlar yaradılır".

Report-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov deyib.

"Məsələn, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə Füzuli şəhəri yaxınlığında yerləşən hava limanında tikinti işlərinin aparılması məqsədilə ərazinin yoxlanılması həvalə olunub. Bugünkü günə qədər olan məlumata görə, hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib. Ərazidə yoxlama işləri aparılarkən xeyli sayda sursatlar aşkarlanıb. Halbuki o ərazilər təmas xətti deyildi. Təmasdan dərində idi. Bundan başqa, Zəfər yolu inşa olunur. O Zəfər yolu ki, müharibə vaxtı Şuşanın alınması ərəfəsində bizim mühəndis qoşunlarının böyük fədakarlığı, qəhrəmanlığı nəticəsində kolon yolu kimi açılaraq qoşunların irəliləməsini təmin etmişdi", - İdarə rəisi bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man