“Samsung” smartfonların istehsalını azaldır

Yeniliklər 17 Mart 2021 | 22:31
OXUNUB: 2605

“Samsung” şirkəti 2021-ci ildə smartfon istehsalını azalda bilər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yarımkeçiricilər bazarının liderlərindən olan ABŞ-ın “Qualcomm” şirkəti Cənubi Koreyanın “Samsung” istehsalçısına lazımi sayda prosessor tədarük edə bilmir. Bu barədə agentliyə ABŞ şirkətindəki adını açıqlamaq istəməyən mənbə bildirib. “Qualcomm” çiplərinə tələbat son ayda kəskin artıb. Şirkət prosessorların istehsalı üçün komponent hissələrin çatışmazlığı səbəbindən tərəfdaşları lazımi sayda prosessorla təmin edə bilmir.

Məsələn, qeyd olunur ki, qabaqcıl “Snapdragon 888” prosessorunun defisiti hiss olunur. Bundan başqa, çip çatışmazlığına görə “Samsung” şirkətinin aşağı və orta qiymət seqmentli smartfonların istehsalında problemləri yaranacaq. Jurnalistlərin əlaqə yaratdığı “Samsung” nümayəndəsi məsələyə münasibət bildirməkdən imtina edib. Öz növbəsində “Qualcomm” nümayəndələri qeyd edib ki, şirkət tədarüklə bağlı problemləri gələcəkdə həll etmək niyyətindədir.

 

“Qualcomm” şirkətinin baş direktoru Kriştianu Amon səhmdarların ötən çərşənbə günü keçirilən illik yığıncağında bildirib ki, tələbat təklifi üstələməkdə davam edir. “Reuters” tərəfindən rəyi soruşulan analitiklərin sözlərinə görə, mikroprosessor çatışmazlığı ən ucuz çiplərin qiymətini bahalaşdırır. Məsələn, “STMicroelectronics” şirkətinin əvvəlcə 2 dollar qiymətləndirilən mikrokontroller çipinin bir ədədi hazırda 14 dollara satılır.

 

Bununla belə ekspertlər qeyd edib ki, bazarda defisitə görə ən çox ziyan çəkən “Samsung” kimi transmilli şirkətlər deyil, orta və kiçik biznesdir. Məsələn, “Qualcomm” ilk növbədə ən böyük tərəfdaşları təmin etməkdə maraqlıdır. Şirkətin prioritet məhsulu ən bahalı “Android” smartfonlarında tətbiq edilən qabaqcıl “Snapdragon 888” prosessorudur./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man