Oyun həvəskarları üçün “Nokia” smartfonu buraxılacaq

Yeniliklər 11 Mart 2021 | 20:00
OXUNUB: 744

Smartfon istehsalçısı “Nokia” oyun qurğuları bazarına daxil olacaq. Bu barədə “Nokiapoweruser” nəşrinin məlumatında deyilir.

Məlumatda videooyun həvəskarları üçün nəzərdə tutulacağı ehtimal edilən “Nokia G10” smartfonu sadalanır. Blogerlərin fikrincə, “Nokia G10” smartfonunun buraxılışı ilə “HMD Global” şirkəti oyun həvəskarları üçün yeni qurğular seriyasını açacaq. Buna əsas kimi isə qurğunun adı (G - gaming) göstərilir.

Məlumata görə, smartfon 6,4 düym diaqonallı ekran və səkkiznüvəli prosessorla təchiz ediləcək. Əsas kamera dörd obyektivə və 48 meqapikselli aparıcı sensora malik olacaq. Müəlliflərin sözlərinə görə, smartfon texniki xüsusiyyətlərinə görə “Nokia 5.4” modelinə bənzəyəcək. Jurnalistlər xatırladıb ki, 2020-ci ilin dekabrında təqdim edilən “Nokia 5.4” modeli “Snapdragon 662” çipi, 4 sensorlu kamera, 4 min milliamper/saat tutumlu kamera ilə təchiz olunub.

Mütəxəssislərin fikrincə, şirkət eyni anda seriyaya aid bir neçə qurğu təqdim edə bilər. Blogerlər tərəfindən Tailandın tənzimləyici orqanının bazasında “TA-1334”, “TA-1351”, “TA-1338” və “TA-1346” kod adı ilə yeni smartfonların sadalanması aşkarlanıb. Qurğuların buraxılış tarixi açıqlanmır./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man