Biometrik skanerə malik kredit kartı təqdim ediləcək

Yeniliklər 10 Mart 2021 | 21:52
OXUNUB: 1013

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti, onun törəmə şirkəti "Samsung Card" və ABŞ-ın "MasterCard" şirkəti birlikdə barmaq izləri skanerinə malik biometrik kart hazırlayacaqlar. Yeni sistem mağazalarda alış-veriş üçün ödəniş prosesini daha təhlükəsiz və faktiki olaraq təmassız etməkdən ötrü işlənib hazırlanıb. Belə kartların istifadəçiləri pin-kodu yığmaq üçün terminallara toxunuş etməli olmayacaqlar ki, bu da davam edən pandemiya şəraitində xüsusilə önəmlidir.

 "İstehlakçılar təmassız ödənişlərin təhlükəsizliyinə və rahatlığına böyük önəm verdiyinə görə "MasterCard" kibertəhlükəsizlik sahəsində öz biliklərindən, həmçinin bu üçtərəfli əməkdaşlıq çərçivəsində sürətli və problemsiz ödənişləri dəstəkləyən biometrik həllin köməyi ilə kart sahiblərinin təhlükəsizliyinin artırılması üçün qlobal ödəniş şəbəkəsindən istifadə edəcək" – "MasterCard" şirkətinin Asiya-Sakit okean regionunda kibernetika və analitik həllər üzrə böyük vitse-prezidenti Kartik Ramanatan deyib.

"MasterCard"ın biometrik kartlarında təhlükəsizliyin təmini üçün "Samsung System LSI Business"dən yeni mikrosxem dəsti istifadə olunacaq./"ICTnews"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man