“iPhone” smartfonunda təhlükəli boşluq aşkarlanıb

Yeniliklər 05 Mart 2021 | 19:53
OXUNUB: 751

"Apple" şirkəti istifadəçiləri təhlükəli boşluq səbəbindən smartfonların proqram təminatını yeniləməyə çağırıb. Bu barədə "ExtremeTech" nəşrinin məlumatında deyilir.

Jurnalistlərin xatırlatmasına görə, yanvarın sonunda ABŞ korporasiyası öz ekosisteminin istifadəçilərinə "iOS" əməliyyat sistemini aktual versiyayadək yeniləməyi tövsiyə edib. Müəlliflərin sözlərinə görə, şirkətin bu davranışı tipik deyil. Martın əvvəlində həvəskarlar tərəfindən müəyyən edilib ki, şirkət bununla eksployta görə müdaxiləyə meyilli "iPhone" modellərinin sayını azaltmaq istəyib.

Materialda qeyd olunur ki, söhbət "iOS" nüvəsinin zəif yeri olan "CVE-2021-1782" boşluğundan gedir. Sistem boşluğu vasitəsilə məsafədən smartfona müdaxilə etmək çətin olsa da, onun mövcudluğu "jailbreak" proqramının quraşdırılması üçün imkanlar açır. "Bu, təhlükəli deyil, lakin telefonun mühafizə səviyyəsini azaldır", – müəlliflər vurğulayıb.

"Jailbreak" proqramı sizə "iPhone" smartfonuna seçimə uyğun proqram təminatı quraşdırmağa imkan verir. Bu isə "Apple" üçün arzuedilən deyil", – jurnalistlər əlavə edib. Onların sözlərinə görə, şirkət bağlı əməliyyat sistemi statusunu dəstəkləmək və mobil əlavələrə ciddi nəzarət etmək niyyətindədir./"ICTnews"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man