“Google” yeni məxfilik nəzarət sistemini təqdim edəcək

Yeniliklər 04 Mart 2021 | 21:12
OXUNUB: 870

"Google" şirkəti apreldə "Chrome" brauzeri üçün yeni məxfilik nəzarət sisteminin ilk versiyasını tətbiq edəcək. Bu haqda reklam sahəsi üzrə məxfiliyə cavabdeh olan Devid Temkin şirkətin bloqunda yazıb.

 

 "Chrome apreldə yeni məxfilik nəzarət sisteminin ilk versiyasını təqdim edəcək və gələcəkdə onu genişləndirəcək" – məlumatda deyilir. O, həmçinin bildirib ki, "Google" ikinci rübdə elan verənlərlə birgə "cookie" ("kuki" – veb-server tərəfindən göndərilmiş və istifadəçinin kompüterində saxlanılan kiçik həcmli məlumatdır) fayllarının istifadəsindən imtinaya imkan verəcək "FLoC" alqoritmini sınaqdan keçirməyə başlayacaq. Sistem ayrı-ayrı insanların məlumatlarını ayırmayacaq, bunun əvəzində oxşar üstünlüklərə malik istifadəçilər qrupunu formalaşdıracaq ki, bu da hər bir konkret istifadəçinin məlumatlarının anonimliyini saxlamağa imkan verəcək, elan verənlər isə öz məhsul və xidmətlərinə uyğun gələn reklamın göstərilməsi üçün ümumi təsəvvür əldə edəcəklər.

 

Şirkət, həmçinin gələcəkdə istifadəçilərin şəxsi məlumatlarının toplanılması üçün yeni sistemlər hazırlamayacaq. "Biz "cookie" fayllarından istifadə dayandırılan kimi ayrı-ayrı insanların izlənilməsi üçün alternativ eyniləşdirmə vasitələri yaratmayacağımızı və öz məhsullarımızda istifadə etməyəcəyimizi bildiririk" – Devid Temkin əmin edib./"ICTnews"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man