"YouTube" videohostinqi "Shorts" adlı yeni funksiya hazırlayır. Bu, portret rejimində çəkilmiş qısamüddətli videoçarxlar üçün platformadır. Bu haqda "GSMArena" portalı yazıb.
"Shorts" platforması qısamüddətli videoların əsas populyarlaşdırıcısı hesab edilən "TikTok" proqramını xatırladır – portret rejimində göstərilən videolar arasında keçid etmək üçün "swipe up" etmək lazımdır. Videonun "Shorts" bölməsinə düşməsi üçün onun davametmə müddəti bir dəqiqədən az olmalıdır.
Sözügedən funksiya beta test mərhələsindədir./ictnews
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man