"Kasperski Laboratoriyaları" şirkəti dronları aşkar etməyə imkan verəcək "Antidron" adlanan sistemlərinin MDB və Avropaya bu il ilk tədarükünə başlayacaq.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Antidron" layihəsinin rəhbəri Vladimir Turov deyib.
O, bu sistemləri bir sıra şirkətlərə satmaqla bağlı müqavilə imzaladıqlarını, amma onların adlarını açıqlamayacağını bildirib.
Turov bu sistemlərin dronları endirmək və ya havaya qalxdığı uçuş nöqtəsinə göndərmək imkanına sahib olduğunu söyləyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man